BMT-dən Suriya xalqına humanitar dəstək
Suriyadakı müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar işçiləri qorumaq öhdəliyini alqışlayıram.
BEY.AZ xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş belə açıqlama verib. Quterres, BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletcheri humanitar məsələlərlə bağlı Suriyaya göndərdiyini ifadə edib. O bildirib ki, BMT Suriya xalqına humanitar yardımın artırılması üçün səy göstərir. BMT nümayəndəsi HTŞ lideri Əbu Məhəmməd əl-Culani və müvəqqəti administrasiyanın rəhbəri Məhəmməd əl-Bəşirlə görüşüb.
Quterreş bildirib ki, Suriya xalqı daha yaxşı bir gələcək qurmaq fürsətindən istifadə etsə də, beynəlxalq ictimaiyyət onların yanında olmalıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |