fbpx

BMT-nin Baş katibi dünya ölkələrinə çağırış etdi

Rüya Yorumları burda


Noyabrın 12-də COP29 çərçivəsində itki və zərərlərə cavab məqsədilə maliyyələşdirmə tədbirləri üçün koordinasiya və tamamlama mexanizmləri üzrə yüksəksəviyyəli illik dialoqun açılış tədbiri olub.

BEY.AZ xəbər verir ki, İtki və Zərərlərə Cavab Fondunun idarə heyətinin həmsədri Riçard Şerman itkilərə və zərərlərə cavab vermək məqsədilə maliyyə dəstəyini artırmaq üçün ölkələr səviyyəsində əlaqələndirilmiş fəaliyyəti irəli aparmaq və qüvvələri səfərbər etmək məqsədilə illik dialoqun yaradılmasının əhəmiyyətli hadisə olduğunu deyib.

BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişmələrinin mənfi təsirlərindən danışaraq, dünyada temperaturun yüksəlməsinin getdikcə daha təhlükəli hala çevrildiyini, nəticədə ötən dövrdə ən isti gün, ən isti ay, ən isti il və ən isti onilliyin müşahidə olunduğunu bildirib. “İqlim fəlakətləri artır. Biz iqtisadiyyatların dağıldığını, insanların həlak olduqlarını, dolanışıq vasitələrinin itirildiyini və inkişafın dayandığını görürük”, – deyən Baş katib əlavə edib ki, İtki və Zərərlərə Cavab Fondunun yaradılması inkişaf edən ölkələr, çoxtərəflilik və ədalət üçün qələbədir. Amma onun 700 milyonluq ilkin kapitallaşması həssas təbəqəyə dəyən ziyanı aradan qaldırmaq üçün yetərli deyil. Bu, hətta sentyabrda “Yaqi” qasırğasının Vyetnama vurduğu ziyanın dörddəbirini ödəməyə belə imkan vermir. Bu səbəbdən də tələb olunan maliyyələşmə məsələsində ciddi düşünməliyik.

Antonio Quterreş ölkələri fonda yeni vəsaitlər ayırmağa, yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişmələrinin təsirlərinin hər gün hiss olunduğunu bildirib, ekstremal hava hadisələrinin insanların dolanışıq vasitələrini, mədəni irsi məhv etdiyini, sakinləri öz evlərini tərk etmək məcburiyyətində qoyduğunu deyib. Ona görə də itki və zərərin qarşısının alınması COP29 sədrliyinin ambisiyaları artırmaq planının əsas prioritetlərindən biri müəyyən edilib.

Rüya tabirlerini burdan oku

COP29-un Prezidenti tədbirin fonda vəsaitlərin axınına, onların ən çox ehtiyac duyulan yerə yönəldilməsi məsələsini müzakirə etməyə imkan verəcəyini, bu çərçivədə ev sahibliyi, qəyyumluq və ianəçi müqavilələrinin imzalanacağını bildirib. O, ən çox zərər çəkən icmaların ehtiyaclarını daha effektli şəkildə qarşılıya bilmək üçün ölkələri daha çox maliyyə öhdəlikləri götürməyə çağırıb, maliyyələşmədən başqa, texniki yardımın da göstərilməsinin vacibliyini vurğulayıb.

M.Babayev bu gün işə salınan illik yüksəksəviyyəli dialoqun itki və zərərə cavab verməkdə daha səmərəli fəaliyyət göstərmək səylərində mühüm vasitə olacağını diqqətə çatdırıb, müxtəlif maraqlı tərəflər arasında bilik və təcrübə mübadiləsini təşviq edəcəyinə əminliyini bildirib.

COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Abdulla Balalaa İtki və Zərərlərə Cavab Fondunun yaradılmasının siyasi iradədən xəbər verdiyini qeyd edərək vurğulayıb ki, iqlim dəyişmələrinin səbəb olduğu zərərlərin qlobal iqtisadiyyata 38 trilyon ABŞ dollarına başa gələcəyi proqnozlaşdırılır. Bunun qarşısını almaq, daha doğrusu, ziyanı azaltmaq ölkələr arasında əlaqələndirməni gücləndirmək, məlumat mübadiləsini təşviq etmək və ən əsası, resursları geniş miqyasda səfərbər etmək üçün vahid səy tələb edir.

Dünya Bankının prezidenti Acay Banqa, İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru Brahima Şeyx Dionq və digərləri mövzuya dair çıxışlar edib, müzakirələr aparılıb.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu