BMU-nun tələbəsi təhsilini Britaniyada davam etdirəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı Mühəndislik Universitetinin (BMU) daha bir tələbəsi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib.
Bu barədə Metbuat.az-a Universitetdən məlumat verilib.
Belə ki, universitetin Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi (tədris ingilis dilində) ixtisasının 2022/2023-cü tədris ilinin məzunu Nərmin Süleymanlı proqram çərçivəsində magistr təhsilini Böyük Britaniyanın Edinburq Universitetində “Advanced Chemical Engineering” ixtisası üzrə davam etdirəcək.
Abşeron rayonu, Mehdi Huseynzadə adına Novxanı kənd 1 saylı tam orta məktəbi 2018-ci ildə fərqlənmə ilə bitirən N.Süleymanlı həmin ildə 657 balla BMU-ya daxil olub.
2022/2023-cü tədris ilinin BMU məzunu bakalavr pilləsini ümumi orta müvəffəqiyyət göstəricisi 97,27 olmaqla başa vurub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BMUnun #tələbəsi #təhsilini #Britaniyada #davam #etdirəcək