fbpx

BMW 720 min avtomobili geri çağırdı

Rüya Yorumları burda


Dünyanın ən məşhur avtomobil şirkəti olan BMW problem olması səbəbindən 720 mindən çox avtomobilini geri çağırıb.

BEY.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, sözügedən avtomobillərdə su nasosun düzgün bağlanmayan elektrik qoşulma hissəsinin suya düşərək qısaqapanmaya səbəb ola biləcəyi və qısaqapanmanın yanğın riskini artırdığı bildirilib.

Məlumata görə, prosesin əhatə etdiyi potensial nəqliyyat vasitələrinin sayının 720 min 796-dır. Açıqlamada qeyd edilib ki, oktyabrın 4-dən geri çağırışdan təsirlənən avtomobil sahiblərinə bildiriş göndərilməsi gözlənilir.

Qeyd edək ki, bu ayın əvvəlində BMW, həddindən artıq isinməyə və ya nadir hallarda yanğına səbəb ola biləcək mühərrik nasazlığına görə Birləşmiş Ştatlarda 100 mindən çox, keçən həftə Çində isə 1,3 milyondan çox avtomobilini geri çağırıb.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu