Boksçularımız II MDB Oyunlarını 10 medalla başa vurublar
BEY.AZ informasiya agentliyi xəbər verir
Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından Metbuat.az-a bildirilib ki, milli komandamız mötəbər turniri 10 medalla başa vurub. Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medallara sahib olublar. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə milimizin aktivinə bürünc medallar yazdırıblar.
Yığmamız bu nəticə ilə komanda hesabında beşinci yeri tutub.
Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Boksçularımız #MDB #Oyunlarını #medalla #başa #vurublar