fbpx

Boksçumuz finala vəsiqə qazandı – Avropa çempionatı

BEY.AZ informasiya agentliyi xəbər verir


Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşləri keçirilir.

Metbuat.az xəbər verir ki, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb. Belə ki, dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarı gərgin keçən qarşılaşmada 3:2 hesabla məğlub edib. Boksçumuz həlledici görüşə martın 23-də çıxacaq.

Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal qarşılaşmasına çıxacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu