fbpx

Bölgədə vəziyyət dəyişir: “Türkiyə buna hazır olmalıdır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Afrika ölkələrindəki son proseslər nəticəsində siyasi sərhədlər və balans dəyişəcək”.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Əray Güçlüər deyib.

“Afrika xalqları illərlə istismar olunduqlarının fərqində idilər, amma imperializmin qaydaları keçərli olduğu üçün danışa bilmirdilər. Artıq Rusiyanın dəstəyi ilə bəzi təşəbbüslərə start verilib. Hadisələrin baş verdiyi yerlər Afrikanı iki yerə bölən orta qurşaqdadır. Fransanın Afrikanı istismar etməklə qazandığı pul ildə 500 milyard dollardan çoxdur. Nigeriyadakı təbii qazın Niger və Mərakeş vasitəsilə Fransaya nəqli nəzərdə tutularkən, hadisələrin başlaması ilə bu istismar anlaşması dayandı. İlk dəfə olaraq Afrika xalqları bu istismar sisteminə qarşı təşəbbüs göstərdilər. Görünür, Afrika qlobal güclərin münaqişə zonasına çevriləcək. Deyə bilərik ki, Afrika daxili münaqişələrə doğru gedir”, – ekspert bildirib.

Rüya tabirlerini burdan oku

Güçlüər Türkiyənin Afrika siyasətinə də diqqət çəkib:

“Türkiyənin Afrika açılımı ilə bu cəmiyyətlərdə “imperializm tək seçim deyil” fikri ortaya çıxdı. Türkiyə Afrika açılımını artırmalı və genişləndirməlidir. Türkiyə Afrikadakı bu böyük transformasiyaya hazır olmalıdır. Bu proses nəticəsində siyasi sərhədlər, balans dəyişəcək. Çox güman ki, Fransa və digər Avropa imperiya gücləri burada mövqelərini itirəcəklər. Bu boşluğu doldura biləcək tək bir ölkə var – Türkiyə”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bölgədə #vəziyyət #dəyişir #Türkiyə #buna #hazır #olmalıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu