fbpx

Bolqar bibəri ürək-damar xəstəliklərinin profilaktikası üçün faydalıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bolqar bibərinin yaşlı insanlar tərəfindən istehlakı ürək-damar xəstəliklərinin profilaktikası üçün faydalıdır.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə müsahibəsində diyetoloq Mixail Qinzburq deyib. O, bolqar bibərini yaşlı insanların rasionunda ən yaxşı tərəvəzlərdən biri adlandırıb. Tibb işçisi bildirib ki, bibərin tərkibində antioksidant effektinə malik karotinoidlər, eləcə də sağlamlığı (xüsusən, ürək-damar sisteminin sağlamlığını) möhkəmləndirən digər maddələr var. Mütəxəssis dəqiqləşdirib ki, bolqar bibəri orqanizmin ürək-damar xəstəliklərinin inkişafından müdafiəsini yaxşılaşdıran mikroelementlər olan kalium və maqneziumun mənbəyidir. O vurğulayıb: “Bu qida məhsulunun qəbulu yaşla bağlı xəstəliklər – məsələn, hipertoniya ilə mübarizədə səmərəli kömək edir. Bolqar bibəri yaşla bağlı meydana gələn xəstəliklərin profilaktikasında çox yerinə düşür. Bunlar ateroskleroz, podaqra, hipertoniya xəstəliyidir”.

Diyetoloq Qinzburq əlavə edib ki, tərəvəzin tərkib hissələri sayəsində onun istehlakı hiperqlikemiya və şəkərli diabet əleyhinə müdafiəni yaxşılaşdırır. Bibərdə olan liflər şəkərin qana sorulmasının qarşısını alır, karotinoidlər isə yüksək qlükoza konsentrasiyasının zərərli təsirini neytrallaşdırır.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bolqar #bibəri #ürəkdamar #xəstəliklərinin #profilaktikası #üçün #faydalıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu