fbpx

“​Bolt” sürücü-tərəfdaşları arasında “Haval Jolion” lotereyasının uduşunu keçirdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bolt” platformasının işi yüz minlərlə sürücü-tərəfdaşın sərnişinləri A nöqtəsindən B nöqtəsinə aparıb çatdırdığı yaxşı təşkil olunmuş mexanizmdir.

Qeyd etmək lazımdır ki, bu prosesdə ən mühüm rolu məhz avtomobil sürücüləri oynayır. Bütün xidmətin fəaliyyəti onların effektivliyindən asılıdır.

Müxtəlif sürücü növləri

Rüya tabirlerini burdan oku

Pensilvaniya Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya görə, rayd-heylinq xidmətləri ilə əməkdaşlıq edən iki əsas sürücü növü vardır. Birinci növ sürücülərin diqqət mərkəzində sərnişin dayanır, onlar üçün əsas şey eyni zamanda müştəri ilə əlaqə yaratmaqdır. Belə sürücülər sərnişinlərə xidmət göstərməkdən qürur hissi duyur. Onlar üçün Bolt platformasının istifadəçisi tərəfindən səfərlə bağlı qoyulan təşəkkür sözləri və ya səfər haqqında rəy böyük əhəmiyyət kəsb edir. Bu sürücülər xarici sərnişinlər üçün bələdçi kimi çıxış etməkdən məmnundur, öz şəhərləri haqqında həvəslə danışır, məsləhətlər verir və müştərinin problemləri ilə bağlı hekayələri dinləyirlər.

İkinci növ sürücülər üçün sərnişinlə ünsiyyət qurmaq o qədər də vacib deyil, onlar üçün işinin səmərəliliyi daha önəmlidir. Səfər zamanı onlar yoldan yayınmamağa çalışırlar. Onların bütün diqqəti səfərlərin tez, dəqiq və eyni zamanda səmərəli və effektiv şəkildə həyata keçirilməsinə yönəlib.

Motivasiya və işə qarşı sevgi

Bu cür araşdırmalar sürücülərin xarakterini, gördüyü işə münasibətini, nəyi bəyəndiyini, motivasiyasını anlamaq üçün çox vacibdir. Bolt şirkəti həmişə sürücü-tərəfdaşları ilə əlaqə saxlamağa, onların ehtiyac və istəklərini nəzərə almağa və onları həvəsləndirməyə çalışır. Belə bir həvəsləndirmə üsullarından biri uduş və ya lotereyanın keçirilməsi ola bilər. Uduşlu lotereyaların həyata keçirilməsi sürücülər üçün bayram təşkil etməyə, onları qiymətli hədiyyələrlə sevindirməyə, əməyinə və çalışqanlığına görə onlara təşəkkür etməyə imkan verir.

Haval Jolion avtomobil lotereyası

2022-ci ilin sonunda Bolt şirkəti aktiv sürücülər üçün uduşlu lotereya həyata keçirdi. Mükafatlar arasında qiymətli elektron avadanlıqlar da var idi: Trimmer BRAUN BT3221; Samsung Galaxy A13 smartfonu; Samsung Galaxy Watch 4 smart saatı və digər qiymətli hədiyyələr də oynanıldı.

Aksiya üç ay davam etdi, hər həftə tirajın uduş fondu oynanıldı. Müsabiqənin sonunda super uduş olan Haval Jolion avtomobili oynanıldı. Müsabiqədə iştirak etmək üçün həftədə 40 səfər etmək lazım idi.

Super uduş tirajı 2022-ci ilin dekabr ayında Bakı şəhərində (Haval Azərbaycan zalında) keçirildi. “Haval Jolion” avtomobilinin gələcək sahibi təsadüfi yolla seçildi. Bir neçə ildir Bolt platforması ilə əməkdaşlıq edən və bu müddət ərzində 10 000-dən çox səfər etmiş ən fəal sürücü-tərəfdaşlardan biri olan Ruslan (@ruslan086ruslan) bu super uduşun xoşbəxt sahibi oldu.

Qaliblərlə birlikdə “Bolt” komandası da sevindi. Aksiyanın məqsədinə nail olundu: yarış bir çox sürücülər üçün əsl bayrama çevrildi. Bolt şirkəti məhz bunu istəyirdi, çünki sürücü-tərəfdaşların onların işinin “Bolt” platforması üçün nə qədər vacib olduğunu başa düşmələri “Bolt” şirkəti üçün çox önəmlidir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bolt #sürücütərəfdaşları #arasında #Haval #Jolion #lotereyasının #uduşunu #keçirdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu