fbpx

Böyrəkləri qorumaq üçün 10 tövsiyə

BEY.AZ informasiya agentliyi xəbər verir


Böyrəklərimizin əsas funksiyası bədəndə əmələ gələn mübadilənin son məhsullarını və artıq suyu uzaqlaşdırmaqdır. Bu proses bədənimizin daxili mühitinin və kimyəvi tərkibinin stabil saxlanılması üçün çox vacibdir.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin nefroloqu Xəyalə Quluzadə bildirib.

O, böyrəklərin qorunması üçün bir sıra “Qızıl qaydalar”ın mövcud olduğunu qeyd edib.

Xəyalə Quluzadə böyrəklərin sağlamlığını qorumaq üçün hər kəsə aşağıdakı qaydalara riayət etməyi məsləhət görüb:

– Müntəzəm olaraq idmanla məşğul olmaq,

– Çəkini nəzarətdə saxlamaq,

– Düzgün qidalanmaq,

– Siqaret və alkoqoldan uzaq olmaq,

– Arterial təzyiqə nəzarət etmək,

– Duz qəbulunu azaltmaq,

– Ağrıkəsicidən istifadə etməmək,

– Gündəlik ən azı 1.5, 2 litr maye qəbul etmək.

Həkim həmçinin hər bir vətəndaşın ildə ən azı bir dəfə nefroloq tərəfindən müayinədən keçməsini tövsiyə edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin