“Böyük bahalaşma qaçılmaz ola bilər”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Dövlət Gömrük Komitəsi “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna əsaslanaraq gömrük ərazisinə gətirilən pirat və ya kontrafakt malların buraxılışını dayandırmaq hüququna malik olduğunu bildirmişdi. Yəni qurum Çindən və digər ölkələrdən daxil olan, sahibkarlar arasında”brend mallar” kimi tanınan , əslində isə pirat və kontrafakt olan mallara qarşı yumşaq bir münasibət sərgiləmişdi. İndi isə məlum olur ki, DGK artıq bu məsələyə sərt münasibət sərgiləməyə başlayıb”.
Metbuat.az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz məlumat verib. O qeyd edib ki, böyük bahalaşma qaçılmaz ola bilər. Artıq bu cür malların ölkə ərazisinə gətirilməsinin qadağan edildiyi bildirilir:
“Karqolara da belə malları daşımamaq haqqında göstəriş verilib. Karqolar da müştərilərinə bu haqda məlumatlar göndəriblər. Yəni Çindən mal daşıyan sahibkarlar artıq hansısa brendin adından, loqosundan, hansısa ticarət nişanından və s. istifadə edərək mal gətirə bilməz”.
Osman Gündüz bildirib ki, Çindən ölkəyə daxil olan, həmçinin də karqoların indiki anda gətirdiyi malların böyük əksəriyyəti “brend” dir, yəni kontrafaktdir:
“Amma bunun üzərində uzun illərdi ki, ölkədə nəhəng bir biznes şəbəkəsi qurulub. Bu zəncir halqasında Çindən bu malları daşıyan, topdan satan, pərakəndə satan, servisini təşkil edən, anbar xidməti göstərən, pərakəndə satış bazarları və ticarət mağazaları icarəyə verən , on minlərlə işçiləri işə cəlb edən və s. minlərlə sahibkar subyektləri var. Alıcılar, istehlakçılar da uzun illərdi ki, bu şəbəkə üzərindən alış-veriş edirlər. Hazırda anbarlarında, mağazalarında böyük həcmdə bu cür mallar olan sahibkarlar var. İndi bu sahibkarların, ümumiyyətlə bu şəbəkənin taleyi necə olacaq?
İndiki anda daxili-yerli istehsalın olmadığı indiki şəraitdə bu cür sərt yanaşmanın nəticələri öncədən hesablanıbmı? Həm də uzun illər oturuşmuş bu infrastruktur hesabına büdcəyə daxil olan vəsaitləri indi kim ödəyəcək, gömrük daxilolmaları əvvəlki səviyyədə qalacaqmı? Hazırda ölkədə mövcud olan, az sayda insanların daxil olduğu həqiqi brend mağazalarıın büdcəyə ödədikləri vəsait indiki səviyyədə olacaqmı? Görəsən, DGK-də bu məsələlərlə bağlı ağlabatan bir həllər, proqnozlar varmı? Bununla bağlı açıqlamalar maraqlı olardı.
Ümumiyyətlə, bütün bu addımlar ölkədə qiymət artımına təsir etməyəcəkmi? Əlbəttə, DGK-nin da qeyd etdiyi kimi əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə mövcud normalara görə inzibati və cinayət məsuliyyəti yaradır. Amma bunun məhz indiki vəziyyətdə, bu formada tətbiqinin faydası və ziyanını öncədən analiz etmək, təhlillər aparmaq, Yol Xəritəsi hazırlamaq, sahibkarları, həmçinin istehlakçıları və bütün şəbəkəni buna hazırlamaq daha doğru olardı”, – deyə ekspert qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Böyük #bahalaşma #qaçılmaz #ola #bilər