fbpx

​Böyük Britaniyada hepatitdən əziyyət çəkən uşaqların sayı artır

BEY.AZ informasiya agentliyi xəbər verir


Böyük Britaniyada ağır hepatitdən əziyyət çəkən uşaqların sayı 145-i ötüb.

Metbuat.az “The Guardian”a istinadən verdiyi xəbərə görə, Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirilib ki, bugünədək uşaqların əksəriyyətinin sağalıb, ölən olmayıb.

Alimlər əksər hallarda aşkar edilən adenovirus (soyuqdəyməyə bənzər simptomlar, qızdırma, boğaz ağrısı, bronxit, pnevmoniya, ishal və konyunktivitə səbəb ola bilən ümumi viruslar – red.) infeksiyası ilə əlaqənin ola biləcəyinə inanırlar, lakin səbəbi araşdırılır. Hepatit adətən soyuqdəyməyə bənzər simptomlar və ürək bulanmasına səbəb olan adenovirusun ümumi yan təsiri deyil, buna görə də elm adamları COVID-19 ilə birgə infeksiya, qida zəhərlənməsi və ya dərman kimi yoluxucu olmayan səbəbləri araşdırırlar.

Bəzi professorlar isə artımın pandemiya ilə əlaqəli göründüyünü bildiriblər. Bir araşdırma qrupu isə 1924-cü ilə aid tibbi hesabat tapıb və 1918-ci il qrip pandemiyasından sonra uşaq hepatitinin artdığını məlumat veriblər.

Həkimlər valideynlərə tövsiyə edib ki, uşaqların əl yuma da daxil olmaqla normal gigiyena tədbirlərinə əməl etsinlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin