fbpx

“Böyük dəbilqə”nin İLK GÜNÜ: Komandamız medalsız qaldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci gününü Azərbaycan komandası medalsız başa vurub.

Metbuat.az xəbər verir ki, komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə yaponiyalı Ryuju Nagayamaya uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə də gürcüstanlı Jaba Papinaşviliyə məğlub olaraq medalsız qalıb.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov ilk qarşılaşmada fransalı Benjamin Axusa məğlub olub. Həmin çəkidə turnirə qatılan daha bir təmsilçimiz – Hidayət Heydərovun da çıxışı uğursuz olub. Belə ki, o, Fransanın digər cüdoçusu Theo Riquinə qalib gəlsə də, sonrakı mərhələdə qambiyalı Faye Njieyə uduzub.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Azərbaycan iki gün davam edəcək bu nüfuzla yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu