fbpx

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün bu qədər vəsait ayrılacaq

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin edilməsi Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub və bu prioritetin reallaşdırılması üçün 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilib.

BEY.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyinin məlumatında əksini tapıb.

Qeyd edilib ki, Proqram Milli Prioritetlər üzrə iki məqsədə – əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədlərinə xidmət edir. Proqram üzrə tədbirlərin infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf-mühitin tarazlı inkişafı üzrə müəyyən edilmiş hədəf göstəricilərinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.
362023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılmışdır. Cari ilin dövlət büdcəsində sözügedən Proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Böyük #Qayıdışa #dair #Dövlət #Proqramının #icrası #üçün #qədər #vəsait #ayrılacaq

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu