fbpx

​Braziliya məhkəməsi Maska 24 saat vaxt verdi

Rüya Yorumları burda


Braziliya məhkəməsi “X” sosial şəbəkəsinin ölkədəki yeni nümayəndəsini təyin etmək üçün Maska 24 saat vaxt verib.

BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, əks halda Braziliya məhkəməsi Maskı sosial şəbəkəni ölkədə bloklamaqla hədələyir.

Qeyd edək ki, avqustun 17-də “X” Braziliyadakı ofisinin bağlandığını elan edib. Şirkətdən verilən məlumata görə, hakim Alexander de Moraes, X-in senzura məhdudiyyətlərinə razı olmadığı təqdirdə sosial şəbəkənin nümayəndələrindən birini gizli şəkildə həbslə hədələyib.

Eyni zamanda şirkət qeyd edib ki, xidmət ölkə sakinləri üçün əlçatan olaraq qalacaq. Sosial şəbəkənin mətbuat xidməti X-nin hakim Aleksandr de Moraesin tələbləri ilə razılaşmadığını və onun vəsatətlərini söz azadlığının pozulması hesab etdiyini bildirib.

Rüya tabirlerini burdan oku

Aprel ayında X sosial şəbəkəsinin sahibi İlon Mask Braziliyada bir sıra hesabların bloklanması ilə bağlı çoxsaylı məhkəmə qərarlarından danışıb. İş adamı bu tələbləri söz azadlığının pozulması hesab edərək məhkəmənin qərarlarını yerinə yetirməkdən imtina edib.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu