Braziliyada təyyarə qəzası – 10 nəfər öldü
Braziliyanın cənubundakı Gramodo şəhərində kiçik təyyarə qəzaya uğrayıb.
BEY.AZ xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Yaşayış yerinə düşən təyyarədə olan 10 nəfərdən sağ qalan olmayıb. Qəza baş verən ərazidə yanğın olub və 15 nəfər tüstüdən zəhərlənib. Hadisə şahidləri bildirib ki, təyyarə əvvəlcə bir binanın bacasına daha sonra isə mebel mağazasının üzərinə düşüb. Qəzanın başvermə səbəbləri araşdırlır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |