fbpx

BRİCS-ə üzvlük məsələsində Bakıya yardım göstərməyə hazırıq



Moskva BRİCS-ə qoşulmaq məsələsində Bakıya müttəfiq kimi hər cür köməyi göstərməyə hazırdır.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Biz hər bir ölkənin suveren istəyinə hörmətlə yanaşırıq. Azərbaycanın BRİCS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyi var. Təşkilat obyektiv olaraq daha çox tərəfdar qazanır ki, onlar daha ədalətli, bərabərhüquqlu və hərtərəfli beynəlxalq əməkdaşlıq arxitekturasının formalaşmasına yönəlmiş ümumi əhval-ruhiyyəni daha çox bölüşürlər”, – o bildirib.

O xatırladıb ki, hazırda 30-dan çox dövlət BRICS ilə sistemli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

“Moskva bu məsələdə müttəfiq kimi Bakıya hər cür kömək göstərməyə hazırdır. BRICS-in qapıları açıqdır”, – M.Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, BRİCS liderlərinin 2023-cü il avqustun 22-24-də Yohannesburqda keçirilmiş görüşünün qərarlarının icrası üzrə modallıq, yəni yeni kateqoriyaların yaradılması mexanizmləri razılaşdırılır, söhbət tərəfdaş dövlətdən və potensial namizədlərin siyahısından gedir.

“İşin nəticələri bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitdə BRİCS liderlərinə məruzə ediləcək və müvafiq olaraq hərtərəfli məsləhətləşmələr və konsensus əsasında BRİCS ölkələrinin bütün liderləri tərəfindən qərarlar qəbul ediləcək”, – Zaxarova söyləyib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin