Britaniya İsrailin tənqid etdiyi Quterreşə dəstək verdi
Böyük Britaniya İsrailin “persona non qrata” elan etdiyi Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşi və BMT-nin dünyada mühüm işini dəstəkləməkdə davam edir.
BEY.AZ xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi belə açıqlama verib. O, Quterreşlə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti və BMT-nin regiondakı problemlərin həllində əvəzsiz rolunu müzakirə etdiklərini bəyan edib. Qeyd edək ki, İsrail administrasiyası Yaxın Şərqdə gərginliyin azaldılmasını tələb edən BMT-nin baş katibi Antonio Quterreşin “persona non qrata” elan edildiyini və ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |