Britaniya Kosovoya hərbi qüvvə göndərir
Böyük Britaniyanın hərbi qüvvələri NATO-nun tələbi ilə alyansın Kosovodakı sülhməramlı missiyasına yerləşdiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat verub. Bildirilib ki, Kosovonun şimalında baş verən hadisələrin ardınca Britaniya, qüvvələrinin NATO-nun Kosovodakı sülhməramlı missiyasına yerləşdirilməsinə qərar verib.
Bəyanatda deyilir: “NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavolinin tələbi və alyansın çağırışından sonra Britaniya, illik hərbi əməliyyatlar çərçivəsində Kosovoda olan 400 nəfərlik Britaniya kontingentinə qoşulmaq üçün təxminən 200 əsgər yerləşdirəcək”.