Britaniya Ukraynaya 100 milyon dollar ayıracaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Ukraynaya kömək üçün əlavə 100 milyon dollar ayıracaq .
Metbuat.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, Böyük Britaniya Rusiyanın əsassız və qeyri-qanuni işğalı nəticəsində yaranan maliyyə təzyiqini yumşaltmaq üçün birbaşa olaraq Ukraynanın dövlət büdcəsinə əlavə 100 milyon dollar ayırır.
Bu vəsaitlər dövlət sektoru işçilərinin maaşlarının ödənilməsi, sosial müdafiə şəbəkəsinin dəstəklənməsi və pensiyaların ödənilməsində yaranan çətinlikləri aradan qaldıra bilər
Vəsait Dünya Bankı vasitəsilə təmin ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.