Britaniya Ukraynaya bu icazəni verdi
Britaniyanın Müdafiə Nazirliyi təsdiq edib ki, Ukrayna Rusiya ərazisində , o cümlədən Kursk vilayətində hücum zamanı Britaniya silahlarından sərbəst istifadə edə bilər.
BEY.AZ xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
“Böyük Britaniya hökumətinin siyasətində heç bir dəyişiklik baş verməyib. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Ukraynanın Rusiyanın qeyri-qanuni hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. Bu, Rusiya ərazisində əməliyyatları istisna etmir”.
Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesin qeyd edib ki, Ukrayna əvvəllər uzun mənzilli “Storm Shadow” raketləri istisna olmaqla, ona verilən istənilən silahdan istifadə etməklə Rusiya ərazisindəki hədəfləri vurmaq icazəsi alıb. O, eyni qaydaların Ukraynanın Kursk vilayətindəki əməliyyatına da şamil edilməsini təklif edib:
“Əgər bu hücumlar Ukraynanın işğalını dəstəkləyən logistika və infrastrukturu məhv etmək məqsədi daşıyırsa, o zaman Britaniya silahlarından istifadə etmək tamamilə qanunidir”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |