Britaniyada benzinin qiyməti tarixi maksimuma çatıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Böyük Britaniyada benzinin qiyməti dəyəri hər litr üçün 1,67 funt-sterlinqi (2,2 dollar) keçib. Bu ölkənin statistika tarixində ən yüksək göstəricidir.
Metbuat.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Hazırda dizel yanacağı ölkə üzrə orta hesabla litri maksimum 1,79 funt-sterlinqə (2,35 dollar) satılır. Martın əvvəlindəki qiymətlərlə müqayisədə Avropa bazarlarında neft və qazın maya dəyərinin azalmasına baxmayaraq, Böyük Britaniyada benzinin qiyməti rekord həddə çatmaqda davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.