Brokkoli xərçəng xəstəliyinin yaranmasının qarşısını alır
BEY.AZ informasiya agentliyi xəbər verir
Tərkibindəki vitaminlərin miqdarı səbəbindən brokkoli sağlamlığımız üçün faydalıdır. Xüsusilə qış fəslində bu qidanın istehlak edilməsi tövsiyə olunur.
Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, brokkolinin tərkibində qlükozinat adlı fitokimyəvi maddə var. Bu maddə orqanizmdə sulforafanlar yaratmağa kömək edir. Tədqiqatlara görə, sulforafanların orqanizmdə xərçəngin inkişafını dayandırmaq və qarşısını almaq kimi möcüzəvi təsiri var. Sulforafanlar xərçəng hüceyrələrinin aktivləşməsini azaldır, istehsal olunan kimyəvi maddələri bədəndən təmizləyir. Xüsusilə süd vəzi xərçəngi, bağırsaq və prostat xərçəngində daha çox təsirlidir.
Brokkoli zəhərli maddələrin bədəndən ifraz olunmasında mühüm rol oynayır. Onun tərkibindəki fitokimyəvi maddələr qaraciyərdəki toksinlərin xaric olmasına kömək edir.
Brokkoli antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə insan orqanizmi üçün olduqca faydalı tərəvəzdir. Ürək-damar xəstəliklərinin qarşısını alır və xəstəliyin səbəb olduğu problemləri aradan qaldırır. Kalium və natrium tərkibli brokkoli qan təzyiqinin tənzimlənməsinə kömək edir. Tərkibindəki yüksək lif səbəbindən xolesterolu və şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini aşağı salır.
Brokkolidə olan sulforafan sinir sistemindəki hüceyrələrə qoruyucu təsir göstərir. Sinir hüceyrələrini oksidləşdirici stres və iltihabdan qoruyur. Altsheymer və Parkinson xəstəliklərinin əsasını qoyan mexanizmlərin inkişafını zəiflədir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.