fbpx

Brüssel görüşü təxirə salınır? – “Gərginliyin yaranmasına maraqlı olanlar var”

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “APRI Armenia” təhlil mərkəzinin onlayn konfransında deyib ki, Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşü baş tutmayacaq.

“Cənubi Qafqazda effektiv diplomatiyanın təmin edilməsi” adlı panel çıxışda iştirakı zamanı Klaar qeyd edib ki, bu görüşün başqa vaxt keçirilməsinin mümkünlüyü üzərində iş davam etdirilir.

Mövzuya münasibət bildirən politoloq Samir Hümbətov BEY.AZ-a bildirdi ki, hazırda həm Yaxın Şərqdəki vəziyyət, həm Fransanın sürətli şəkildə Ermənistanı silahlandırmaq cəhdləri regionda vəziyyəti gərginləşdirməyə başlayıb. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Azərbaycan-Ermənistan arasında yeni görüşün keçirilməsi ilə bağlı danışıqlar apardığını qeyd edən politoloq vurğuladı ki, Azərbaycan tərəfi bu görüşlərdən imtina etmir, amma bu şərtlə ki, Fransa orada iştirak etməsin:


“İrəvan bu barədə qərarını hələ də dəqiqləşdirməyib. Nikol Paşinyan bir müddət əvvəl açıqlamasında bildirdi ki, onlar görüşə bilərlər, amma hələ də bu barədə tam real nəticə yoxdur. Tərəflər arasında gərginlik hələ də bitməyib. Belə bir zamanda görüşün hansı tarixdə baş tutacağını demək çətindir. Ümumiyyətlə, hər vəziyyətdə tərəflər arasında mütləq görüş lazımdır”.

Rüya tabirlerini burdan oku

Danışıqların baş tutmasının sülh müqaviləsinin imzalanması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edən Samir Hümbətov proses yekunlaşana qədər bəzi detalların müzakirəsinin vacib olduğu qənaətindədir:

“Ola bilsin ki, noyabrın əvvəli və ya ortasında bu görüş reallaşsın. Ermənistan tərəfi iradəsini ortaya qoya bilsə, müzakirə masasında fikir mübadiləsi mümkün olacaqdır. Onlar faktiki olaraq danışıqlardan qaçırlar. Görünür, kimlərəsə bölgədə gərginliyin olması sərf edir. Yekun nəticə odur ki, Ermənistan digər dövlətlərin əlində alət rolunda iştirak etmək istəmirsə, bu regiona sülhün gəlməsi üçün Azərbaycanla görüşməyə razılıq verməlidir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını açıqlayıb. Bu barədə o, Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə brifinq zamanı bildirib.

“Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, – o deyib.

Gülbəniz Hüseynli / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Brüssel #görüşü #təxirə #salınır #Gərginliyin #yaranmasına #maraqlı #olanlar #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu