fbpx

Brüssel görüşündən gözləntilər: Sülh müqaviləsi imzalana bilərmi?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Regionda sabitliyin əldə olunması üçün Avropa İttifaqı Şurası tərəfindən konkret olaraq Ermənistan üzərində tələblər qoyulmalıdır”.

Bu fikirləri Metbuat.az-a özəl olaraq politoloq Tural İsmayılov deyib. Müsahibimiz hesab edir ki, Brüsseldə keçirilən görüşün effektiv olması üçün praktiki olaraq ortada nəticələr olmalıdır.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

“Təssüflər olsun ki, daha əvvəl Avropa İttifaqı Şurasının Ermənistana minalanmış ərazilərin xəritələri ilə bağlı etdiyi çağırışlar o qədər də yerinə yetirilmədi. Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin böyük əksəriyyəti saxta çıxdı. Eyni zamanda Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş dörd min Azərbaycan vətəndaşının taleyi ilə bağlı da tam olaraq Ermənistan tərəfindən Azərbaycana doğru kommunikasiya və informasiyalar təqdim edilməyib. Bundan başqa regionda sülhün əldə olunması üçün qarşılıqlı kommunikasiya xətlərinin açılması həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı da Brüssel görüşündə gözlənilən fikirlərdən Ermənistan tərəfi nəticə çıxarmayıb.

Bu günə qədər biz Ermənistan tərəfindən konkret olaraq əməli addımların şahidi olmamışıq. Ona görə də mən düşünürəm ki, Azərbaycanla-Ermənistan arasında sülhün müzakirə olunduğu indiki şəraitdə Brüssel görüşünün əhəmiyyəti az deyil.”

Görüşdə müəyyən addımların atılması üçün müəyyən qərarların verilə biləcəyini qeyd edən politoloq onu da vurğuladı ki, bütövlükdə iki ölkə arasındakı münasibətlərin taleyini kökündən dəyişəcək qərarların olacağını güman etmir.

Tural İsmayılov fikirlərinə onu da əlavə etdi ki, istənilən halda bu görüşlərin keçirilməsi müəyyən bəyanatların verilməsinə və konkret olaraq əməli addımların atılması üçün lazımlı sənədlərə imza atılmasına şərait yarada bilər.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığının mahiyyəti barədə şərhini verən müsahibimiz xatırlatdı ki, ABŞ Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi problemə ədalətli mövqedən yanaşmamış, xüsusilə Amerikadakı erməni lobbisinin Amerika siyasətinə güclü təsirləri nəticəsində Ermənistanın təxribatçı və aqressiv hücumlarına qarşı layiqli yanaşma sərgiləməmişdir.

“Ona görə də mən düşünürəm ki, Brüssel görüşündə hansısa müqavilənin imzalanması bu məsələdə Amerikanın Rusiya ilə maraqlarının toqquşmasını bir daha göstərəcəkdir. ABŞ Cənubi Qafqaz regionunda güclənməyə cəhd etsə də ortaya qoyduğu ikili və ədalətsiz mövqe ilə bu proseslərdə tam uğurlu şəkildə təmsil olunmadığını dəfələrlə sübut edib. Amma bu o demək deyil ki, ABŞ öncəki illərdə nümayiş etdirdiyi yanaşmasını dəyişə bilməz. Düşünürəm ki, bundan sonra ABŞ regional məsələlərdə daha aktiv fəaliyyət göstərmiş olsun”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin