fbpx

Bruyne bu kluba keçə bilər

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Əl-Nəssr” klubunun “Mançester Siti”nin futbolçusu Kevin De Bruyneni transfer etmək üçün hərəkətə keçdiyi iddia edilib.

BEY.AZ xəbər verir ki, “Əl-Nassr” klubu De Bruynenin agenti ilə əlaqə saxlayıb. Ərəblər De Bruynenin agentindən futbolçu ilə görüş təşkil etməsini istəyiblər. Məqsəd hücumameyilli yarımmüdafiəçini komandaya qoşulmağa razı salmaq üçün ona uzunmüddətli strategiyasını izah etməkdir. Bildirilir ki, 32 yaşlı De Bruynenin “Siti” ilə 2025-ci ilə qədər müqaviləsi var. Pep Qvardiolanın komandasında mühüm futbolçu olan belçikalı bu mövsüm Premyer Liqada yalnız bir dəfə oynayıb və aldığı əzələ zədəsi səbəbindən sıradan çıxıb.

Məlumata görə, “Mançester Siti” də Bruyne ilə yeni müqavilə imzalamaq istəyir. Lakin ərəblərin fantastik təklifi Bruynenin fikrini dəyişdirə bilər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bruyne #kluba #keçə #bilər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin