fbpx

Bruynenin seçimi təəccübləndirdi – Bu kluba gedə bilər

Rüya Yorumları burda


“Mançester Siti”nin belçikalı ulduzu Kevin De Bruyne yeni macəraya başlamaq istəyir.

BEY.AZ xəbər verir ki, De Bruynenin “Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatır və o, mövsümün fasiləsindən sonra digər klublarla transfer danışıqlarına başlaya bilər. “Siti”nin əsas məqsədi De Bruyneni klubda saxlamaq olsa da, belçikalı futbolçunun ayrılmaq qərarına hörmətlə yanaşılacaq. “The Telegraph” qəzeti yazır ki, “Siti” belçikalı futbolçunu əməkdaşlıq etdiyi klublardan birinə verə bilər. Bu transfer De Bruyneyə “City Football Group”a məxsus başqa komandaya keçmək imkanı verəcək. İddialara görə, futbolçu “New York City” klubuna transfer ola bilər. Futbolçu ABŞ-da oynaya bilər.

Qeyd edək ki, “Mançester Siti”dən başqa “City Football Group”da “Jirona”, “Palermo”, “Troya” və “Lommel” yer alır. Eyni zamanda, “City Football Group”a Uruqvay, Braziliya, Çin, Yaponiya, Avstraliya və Hindistan klubları da daxildir. Boliviya, Sinqapur və Türkiyədə “City Football Group”a aid olmayan, lakin təşkilatla tərəfdaşlıq edən klublar da var.





Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu