fbpx

BŞİH sakinlərə müraciət etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində şənbə günü, mart ayının 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

Rüya tabirlerini burdan oku

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə, əziz Novruz Bayramını xoş əhval-ruhiyyə ilə qarşılanmasına öz töhfəmizi vermiş olacağıq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BŞİH #sakinlərə #müraciət #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu