Bu ərazi də Azərbaycana təhvil verilir
Nikol Paşinyan Kirantsdakı bəzi əraziləri Azərbaycana təhvil verir.
BEY.AZ Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri erməni jurnalist Oskan Sərkisyan deyib.
O, fotodakı “erməni ocağı”nın neytral zonaya çevrildiyini deyib:
“1992-ci ildən həmin obyekt və onun ətrafındakı geniş ərazilər Ermənistan tərəfindən istifadə olunmur. Yəqin ki, neytral zonaya çevrilib. Nikol Paşinyan “erməni ocağı”nı və bəzi obyektləri demarkasiya adı altında Azərbaycana təhvil verir”.
Qeyd edək ki, ermənilər zəbt etdikləri tarixi torpaqlarımızda işğal dövründə hansısa “abidələr”, evlər tikiblər. İndi demarkasiya prosesinə uyğun olaraq həmin ərazilər Azərbaycana qaytarılır.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |