fbpx

Bu ərazilərə güclü qar yağmağa başladı

Rüya Yorumları burda

Kəlbəcəri Göygöllə birləşdirən Ömər aşırımına qar yağıb.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər Aşırımı adlanan hissəsininə axşam saatlarında yağmağa başlayın qarın hündürlüyü 10-15 santimetrə qədər çatıb.

Hazırda ərazidə güclü qarın yağması davam edir. Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti hökm sürür.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gündən Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Rüya tabirlerini burdan oku

Qeyd edilib ki, dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.

Xatırladaq ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir.

Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdə yerləşir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu