Bu ərazilərə qazın verilişi dayandırılacaq
Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BEY.AZ-a Azəriqaz İB-dən bildirilib.
Aprelin 16-da saat 10:00-dan Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Süleyman Bağırov, Səməd Vurğun küçələrinin və 39\40-cı məhəllənin, eləcə də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.