fbpx

Bu ərazilərdə 1 sot 2 milyon manatdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Son dövrlər torpaq bazarında qiymət artımı baş verir”.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, qiymət artımı mövsümü amillər, eyni zamanda Türkiyədə baş verən zəlzələ nəticəsində meydana çıxan psixoloji faktorlarla bağlıdır.

Rüya tabirlerini burdan oku

“Bundan başqa bazarda sənədli torpaqların azalması ilə bağlı olaraq da bahalaşmanın davamlı artımını izləyirik. Bahalaşma aylar üzrə az müşahidə olunsa da, əslində illik qiymət dəyişməsində ciddi rəqəmlərlə ifadə olunur. Bu hal ötən ay da müşahidə olunub. Xüsusilə şəhər mərkəzində boş torpaqların məhdud olması qiymətləri yüksəldir. Torpaq bazarında aylıq qiymət artımı 2,5%-dir. Fərqli yerlərdə isə artım 5%-i ötüb. İllik hesabladıqda bahalaşma 20%-dən çox edir”, – deyə ekspert əlavə edib.

R.Osmanlı bildirib ki, paytaxtın bəzi mərkəzi hissələri var ki, orada torpağın bir kvadratmetri 25-30 min manat arasında dəyişir.

“Bu da təqribən bir sot torpağın 2 milyon manatdan baha olması deməkdir. Adətən belə ərazilər açıq satışa çıxarılmır. Lakin açıq satışa çıxarılan bahalı torpaqlar da var. Həmin ərazilərin bir sotu şəhər mərkəzində 250-300 min manat arası dəyişir”, – deyə ekspert qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ərazilərdə #sot #milyon #manatdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu