fbpx

Bu bitkilər qaraciyəri müalicə edir



Qaraciyərə faydalı bir çox dərman bitkiləri var.

BEY.AZ sağlamolun.az-a istinadən onlardan bəzilərini və istifadə qaydalarını təqdim edir:

Nanə

– Faydaları: Nanə zəhərlənmə zamanı çox faydalıdır, qaraciyərə toksik maddələrdən təmizlənməyə və daha çox öd istehsal etməyə kömək edir.

– Hazırlanması: 5 qram nanə yarpağını 1 stəkan qaynar su ilə dəmləyin, 15 dəqiqə saxlayın.

– İstifadəsi: Hər 3 saatdan bir 1 xörək qaşığı içmək məsləhətdir.

Gənəgərçək (Calendula)

– Faydaları: Gənəgərçək qaraciyərdə maddələr mübadiləsini sürətləndirir, onun sekretor funksiyasını yaxşılaşdırır və öd ifrazını artırır.

– Hazırlanması: 2 çay qaşığı çiçəyi 2 stəkan qaynar su ilə dəmləyin, 1 saat saxlayın, sonra süzün.

– İstifadəsi: Bu müalicəvi içkidən gündə 4 dəfə yarım stəkan içmək məsləhətdir.

Papatya

– Faydaları: Papatya qaraciyər ağrılarına yaxşı təsir edir, spazmları tez aradan qaldırır və bütün bədənə sakitləşdirici təsir göstərir.

– Hazırlanması: 1 xörək qaşığı quru papatyanı 1 stəkan qaynar su ilə dəmləyin, 20 dəqiqə saxlayın.

– İstifadəsi: Süzün və səhər-axşam yarım stəkan için.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin