fbpx

Bu, bütün ölkələr üçün qlobal təhlükədir



Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodin Livanda baş verən silsilə elektron partlayışları şərh edib.

BEY.AZ xəbər verir ki, Vyaçeslav Volodin bu barədə Telegram kanalında yazıb.

“Livanda baş verənlər hərtərəfli araşdırılmalıdır. Beynəlxalq qurumlar belə cinayətlərə qarşı tədbirlər hazırlamalıdır. Əks halda, heç bir insan özünü təhlükəsiz hiss edə bilməyəcək”.

Vyaçeslav Volodin əlavə edib ki, planlaşdırılan yüksək texnologiyalı hücum dünyada ciddi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, elektron cihazların partlayıcı qurğu kimi istifadə edilməsi ehtimalı terrorizmi yeni səviyyəyə qaldırır.

O bildirib ki, bu, bütün ölkələr üçün qlobal təhlükədir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin