fbpx

Bu çaylardan sel keçir – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir



Mayın 31-i saat 16:00-a olan məlumata əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.

Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində isə Fərəhli kəndlərinə diametri 10-12 mm, Şəmkir rayonu Yuxarı Seyfəli və Çinarlı kəndlərinə saat 15:47-15:57 radələrində 10-12 mm, saat 16:54-16:56 radələrində Balakən rayonuna xırda dənəli dolu düşüb.

Qərb küləyi arabir Tovuzda 20 m/s, Gədəbəydə 18 m/s-dək güclənib.








Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#çaylardan #sel #keçir #VİDEO

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin