fbpx

Bu gün 100 nəfərdən çox şəxs Xarkovdan təxliyyə edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edilib”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdak Fəxri Konsulluğundan məlumat verilib:

Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədi ilə fəaliyyətini davam etdirir. Bugün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edilib.

Ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hal-hazırda qohumlarının himayəsi altındadır.

Çerkaskie Tişki gəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu kənd adminstrasiyası ilə daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır.

Həmvətənlərimizin təhlükəsiz təxliyyəsi üçün işlər davam etdirilir”, – məlumatda qeyd edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin