fbpx

Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan MR-də, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz, Xaçmaz rayonlarında, Şəki və Naftalan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

DİM-dən Metbuat.az-a bildirilib ki, imtahanda 26697 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 9 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Rüya tabirlerini burdan oku

İmtahanın təşkil edilməsi üçün ümumilikdə 124 imtahan binası, 2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi cəlb olunub.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu