fbpx

Bu gün 4 paralimpiyaçımız mübarizəyə başlayır – Paris



Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün 4 idmançımız mübarizə aparacaq.

BEY.AZ xəbər verir ki, paraüzgüçü Raman Saley S12 kateqoriyasıda 100 metr məsafəyə arxası üstə üzmədə medal qazanmağa çalışacaq.

Bu kateqoriyanın təsnifat mərhələsinə 11:30-da, final oyunlarına isə 19:30-da start veriləcək.

Digər paraüzgüçü Könül Süleymanova isə S2 kateqoriyasında 50 metr məsafəyə arxası üstə üzəcək. Bu yarışın təsnifat mərhələsi 13:09-da, final isə 21:50-də olacaq.

Parataekvondoçu Əbülfəz Abuzərli (80 kq) K44 kateqoriyasında gücünü göstərəcək. Yarışın təsnifat mərhələsi 12:00-16:30, finalı isə 19:00-23:30-da başlayacaq.

Paraatıcımız Aybəniz Babayeva P2 kateqoriyasında, 10 metr məsafəyə atəş açma yarışlarında mübarizəyə başlayacaq. Bu yarışların təsnifat mərhələsinə 14:00-da, finalına isə 16:45-də start veriləcək.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.








ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin