fbpx

Bu gün daha 2 oyun keçiriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.

Metbuat.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

İlk görüşdə “İnter” İngiltərə “Liverpul”unu qəbul edəcək. “Cuzeppe Meatsa” stadionunda oynanılacaq görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Gecənin digər oyununda AlmaniyaBavariya“sı Avstriyada “Zaltsburq”la qarşılşacaq. Matçın baş hakimi ingiltərəli Maykl Oliver olacaq.

UEFA Çempionlar Liqası, 1/8 final

16 fevral

00:00 “İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

00:00. “Zaltsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya “Real Madrid“ini 1:0, İngiltərə “Mançester Siti“si isə Portuqaliyada “Sportinq”i 5:0 hesabı ilə yenib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin