fbpx

Bu gün imtahan var

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçiriləcək.

Metbuat.az xəbər verir ki, imtahan müvafiq ixtisaslara uyğun olaraq saat 11:00 və 14:00-da başlayacaq. Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Onlardan 20 test tapşırığı ixtisas üzrə, 10 test tapşırığı isə sahələr üzrə bacarıq və səriştələri yoxlayan tapşırıqlardır. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur. İmtahan proqramları və tapşırıq nümunələri DİM-in saytında yerləşdirilib.

Ərizəçi imtahanın başlanmasından azı 1 saat öncə gəlməli və imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#gün #imtahan #var

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin