Bu gün paralimpiadada 5 idmançımız çıxış edəcək
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı çıxış edəcək.
BEY.AZ xəbər verir ki, paraüzgüçü Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə sərbəst üsulla üzməkdə uğur qazanmağa çalışacaq.
Bu kateqoriyanın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final yarışları isə 19:30-da keçiriləcək.
Paraatıcılar Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayacaqlar. Bu yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final isə 14:15-də baş tutacaq.
Parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) Bakı vaxtı ilə saat 20:35-dən etibarən mübarizəyə qoşulacaq.
Paraatlet Rüfət Rəfiyev (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 21:08-də başlayacaq.
Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası, uzunluğa tullanma), Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat sahib çıxıblar.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 8-də yekunlaşacaq.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |