Bu gün Şuşaya səfər edənlər arasında şəhərin 6 sakini var
BEY MEDIA İnformasiya agenti xəbər verir
Bu gündən həyata keçirilən Bakı–Şuşa-Bakı müntəzəm avtobus reyslərinin sərnişinləri arasında Azərbaycanın mədəniyyət paytaxtının 6 sakini var.
Metbuat.az xəbər verir ki, onlar da daxil olmaqla sərnişinləri şəhərdə Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb.
O, bu səfərləri vaxtında və yüksək səviyyədə təşkil etdiyi üçün dövlət başçısına təşəkkür edib, daha sonra səfər iştirakçılarına tövsiyə edib ki, müəyyən edilmiş marşrutdan kənara çıxmasınlar: “Əgər sizə doğma olan yerlərə getmək istəyirsinizsə, çəkinmədən bizim əməkdaşlara yaxud polisə yaxınlaşıb istəyinizi bildirə bilərsiniz”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.