fbpx

Bu gün Türkiyə meydana çıxır



Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.

BEY.AZ xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı “Esprit Arena”da İngiltərə və İsveçrə komandaları arasında olacaq.

İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub – 2:0.

İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.

1/4 finalın son qarşılaşmasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə – İsveçrə

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, “Esprit Arena”.

23:00. Niderland – Türkiyə

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin