fbpx

Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Bu gün Türkiyə tarixində ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu keçiriləcək. Dövlətin ən ali postu uğrunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu arasında mübarizədə qalib səs çoxluğu ilə müəyyənləşəcək.

Metbuat.az xəbər verir ki, Yüksək Seçim Qurumunun (MSK) məlumatına görə, Ankara vaxtı ilə saat 08:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək səsvermə məntəqələrində ümumilikdə 191 mindən çox seçki qutusu qurulacaq. Ölkə daxilində 60 milyondan çox seçici səsvermədə iştirak edə biləcək.

Dünyanın 73 ölkəsində yaşayan 3,5 milyona yaxın Türkiyə vətəndaşı üçün təşkil olunan seçki prosesi mayın 24-də başa çatıb. Gömrük məntəqələrində isə səsvermə sabah yerli vaxtla saat 17:00-dək davam edəcək. Xarici ölkələrdən Türkiyəyə gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıqdan sonra sayılacaq.

Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

Rüya tabirlerini burdan oku

İlk turda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu səsvermənin ikinci turunda mübarizəni davam etdirir.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#gün #Türkiyədə #prezident #seçkilərinin #ikinci #turu #keçiriləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu