Bu gün vəfat edən 19 yaşlı əsgərimiz evin tək oğlu imiş
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü M.Məmmədov Tovuz rayonunun Qəribli kəndindəndir.
O, ötən il hərbi xidmətə yollanıb.
Evin tək oğlu olan Mehralının bir bacısı var. Ailəsi hazırda rayonun Qəribli kəndində yaşayır.
Əsgərin Laçın rayonu ərazisində vəfat etdiyi bildirilir.
O, sabah doğulduğu rayonda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.