fbpx

Bu halda müharibə tez bitə bilər

Rüya Yorumları burda


“Bu gün Ukraynada faktiki olaraq müharibə gedir. Nazirlərin istefa verməsi onu göstərir ki, hökumət daxilində parçalanma var”.

Bu sözləri BEY.AZ-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, V. Zelenski və hökumət nümayəndələri arasında fikir ayrılığı var:

“Çünki Zelenski müharibənin davam etdirilməsinin tərəfdarıdır. Onun administrasiyası da bunu istəyir. Amma görünür ki, nazirlər arasında gizli danışıqlar gedir. Qərb müharibənin bitməsini istəmir. Müharibənin daha uzun müddət davam etməsini hesablayır. Görünür ki, Zelenski Qərblə bu məsələni müzakirə edir. Nazirlər isə artıq Çinlə əlaqələri genişləndirir. Bu parçalanmanın səbəbi oradan qaynaqlana bilər”.

Politoloq qeyd edib ki, qurulacaq hökumətin tərkibində olacaq şəxslərin bioqrafiyasına baxaraq biz deyə bilərik ki, bu, müharibəyə necə təsir edəcək:

“Əgər Qərb yönümlü şəxslər hakimiyyətə gələrsə, bu müharibənin daha uzun müdət davam etməsi ehtimalını yaradır. Yox əgər, Qərb yönümlülər az olarsa, onda müharibənin bitməsinə uyğun qərarların qəbul edilməsini görmək olar”.

Rüya tabirlerini burdan oku

Seyranə Quliyeva / BEY.AZ






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu