fbpx

Bu hissləri sözlə ifadə etmək mümkün deyil



“Xocalıda yaşamaq, havasını udmaq çox gözəl hissdir. Bunları sözlə ifadə etmək çətindir”.

Bunu BEY.AZ-a açıqlamasında illər sonra doğma yurduna köçən Ceyran Əzizova deyib. O, təəsüratlarını bizimlə bölüşüb:

“32 ildən çoxdur ki, çəkdiyimiz həsrət sona yetir. Bunu heç bir şeylə əvəz etmək olmaz. Təsəvvür edin ki, ananızı 32 ildir görmürsünüz. 32 ildən sonra görürsünüz. Belə möhtəşəm bir hissdir. Bizə bu sevincli günləri yaşadan Ali Baş komandanımıza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə tezliklə şəfa versin”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin