Bu III Dünya müharibəsi ilə nəticələnə bilər
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Detroytda Milli Qvardiya Assosiasiyasının üzvləri ilə görüşüb.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, o, çıxışında III Dünya Müharibəsinin başlamasının risklərindən danışıb. Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi III Dünya müharibəsi ilə nəticələnə bilər.
O, Rusiya ilə Ukrayna arasındakı münaqişəni tez bir zamanda dayandırmağa qadir olduğunu bir daha vurğulayıb. Respublikaçı namizəd artıq bir neçə dəfə buna oxşar bəyanatlar verib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |