fbpx

Bu il 17 mln. tona yaxın neft hasil edilib

Rüya Yorumları burda


Bu ilin 7 ayı ərzində Azərbaycanda təxminən 16,9 milyon ton neft (qaz kondensatlı birlikdə) hasil edilib.

Energetika Nazirliyindən BEY.AZ-a verilən məlumata görə, respublika üzrə neft hasilatının 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,34 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

“Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür”, – məlumatda qeyd olunur.






Rüya tabirlerini burdan oku
MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu