fbpx

Bu il Ağgöl Milli Parkının ərazisində 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Rüya Yorumları burda

Hər il Azərbaycan üzərindən 20 milyondan çox su-bataqlıq quşu miqrasiya edir və ölkəmizdə su-bataqlıq quşlarının toplaşma məntəqələrindən ən əsaslarından biri Ağgöl Milli Parkıdır. Parkın ərazisi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsi məqsədilə təsis edilmiş Ramsar Konvensiyasına daxil olunub.

BEY.AZ-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, mühüm su-bataqlıq ərazisi kimi beynəlxalq əhəmiyyətə malik Ağgöl Milli Parkında 2024-cü ildə 78 minə yaxın ornitofauna nümunəsi sayılıb.

“Bu göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur. Park quşların toplaşdığı boyük məntəqələrdən biri olduğundan köç dövrlərində, həmçinin ilin digər zamanlarında da bu ərazidə quşarın həm istirahət və dayanma yerləri, həm də yuvalaması üçün münbit şərait mövcuddur”.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu